“Azərsığorta” struktur dəyişikliyini istisna deyil, İdarə Heyəti sədri deyir

“Azərsığorta”nın strukturunda dəyişikliklər istisna deyil”.

Bunu açıqlamasında Azərbaycan Resoublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev deyib. O Fins.az maliyyə saytına bildirib ki, “Azərsığorta”nın strukturunda dəyişikliklər ola bilər. Amma bu gün üçün belə bir məsələ gündəmdə deyil.

Xatırladaq ki, bir müddət əvvəl “Azərsığorta” Dövlət Kommersiya Şirkətində dəyişikliklərlə bağlı layihənin hazırlandığı haqqında məlumat verilmişdi. Layihəyə əsasən “Azərsığorta”nın ASC-yə çevriləcəyi, eyni zamanda şirkətin bir hissəsinin satışa çıxarılacağı gözlənilir. Maliyyə Bazarlarına Nəzarət Palatası isə məsələ ilə bağlı hər hansı sorğu daxil olmadığını açıqlamışdı.

📝 RƏY BİLDİR