26 C
Baku
Friday, April 19, 2024

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib (RƏSMİ)

Dekabrın 2-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda Bankın İdarə Heyətinin tərkibinə bir sıra dəyişikliklər edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin, Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib.

X.Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər «Bank of Baku»ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank”ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard” ASC-nin İdarə Heyətinin sədri olub.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər