15 C
Baku
Saturday, April 27, 2024

“Azər Türk Bank”-ın aktivləri 130% artıb

Banker.azın banka istinadən verdiyi informasiyaya görə, bank 1 illik failiyyətinı aktivlərini 2 dəfədən çox artırmaqla yekunlaşdırıb.

Belə ki, AzərTürkBankın aktivləri bir il ərzində 377 mln. manat artaraq  31.12.2015 tarixinə 672 mln. manat təşkil edib.

Depozit portfelidə aktivlərin həcminə paralel olaraq il ərzində 335 mln. manat artaraq 539 mln. manat təşkil etmişdir.

Ciddi artım hiss edilən parametrlərdən biridə məhz kredit və depozit portfelidir. Bir il ərzində, kredit portfeli 95% artaraq 418 mln. manata çatmışdır.

Keçən illə müqayisədə bank gəlirlərini 9 mln. manat artıraraq 26mln. manata çatdırmasına baxmayaraq, kreditlər üzrə ehtiyatların yaradılması bankı 4 mln. manat ziyana salmışdır.

Bank il ərzində həmçinin 2 filial açaraq, ümumi filial şəbəkəsini 6-ya çatdırmışdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər