15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan əhalisinin bu il gəliri 40 milyard manatı keçib

2017-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2 faiz artaraq 40 milyard 190,7 milyon manata çatıb. Banker.az “Trend”ə istinadən xəbər verir ki, hər nəfərə düşən gəlirlərin həcmi orta hesabla 4131,9 manat təşkil edib.

 

Bu dövr ərzində gəlirlərin 85,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4 faizi isə yığıma yönəldilib.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 faiz artaraq 31770,8 milyon manat olmuşdu.

Son xəbərlər
Digər xəbərlər