23 C
Baku
Friday, April 19, 2024

Azərbaycan əhalisinin gəlirləri 6% artıb

2015-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 16 mlrd. 163,1 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,5% – 1,702 min manatadək artıb.

Yanvar-may aylarında gəlirlərin 73,9%-i son istehlaka, 9,6%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 14%-i əmanətlərin artırılmasına yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,7 faiz çox vəsait qalmışdır.

Son xəbərlər
Digər xəbərlər