15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan avrobondlarının qiyməti sabitləşib

Azərbaycan Maliyyə Nazirliyinin 18 mart 2014-cü ildə Avropanın kapital bazarına çıxardığı 10 illik istiqrazlar bir qədər əvvəl müvəqqəti ucuzlaşsa da, hazırda onların qiyməti sabitdir.

Bu barədə açıqlamasında “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli məlumat verib.

Xatırladaq ki, Azərbaycan hökuməti dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1,25 mln. avrobond (1,25 mlrd. dollarlıq) buraxıb.

“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiya edilməsi məsələsi ortaya çıxandan sonra istiqrazların alış-satış qiyməti təxminən 5 dollar düşmüşdü, onların illik gəlirliliyi isə 0,2 faiz bəndi artaraq 4,6%-ə yüksəlmişdi. Artıq vəziyyət sabitləşib. Qiymətli kağızlar 1 015 dollardan alınıb, 1 020 dollara satılır. Onların illik gəlirliliyi isə əvvəlki kimi 4,4% təşkil edir”, – deyə C.İbrahimli qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər