22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan bankı Asiya İnkişaf Bankından $20 mln. kredit cəlb edəcək

“DəmirBank” Asiya İnkişaf Bankından (AİB) $20 mln. kredit cəlb edəcək. Bu barədə bankın məlumatında bildirilir.

Kredit vəsaitləri “DəmirBank”ın kənd təsərrüfatı, kiçik və orta biznesin (KOB) dəstəklənməsi sahəsində əməliyyatlarının genişləndirilməsinə sərf ediləcək.

Məlumatda qeyd edlir ki, AİB “DəmirBank”a kredit resurslarının verilməsini təsdiq edib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bank 1999-2015-ci illərdə Azərbaycana ümumilikdə $2,1 mlrd. manat məbləğində kredit və texniki yardım ayırıb.

“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) var.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər