26 C
Baku
Friday, April 19, 2024

Azərbaycan bankları əhaliyə verilən kreditlərin həcmini artıracaq, “Moody`s” deyir

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə proqnozunu “neqativ”dən “stabil”ə dəyişib.

Ölkədəki iqtisadi artım kreditə tələbin tədricən yüksəlməsinə səbəb ola bilər:

“Biz 2018-ci ildə bankların məcmu kredit portfelinin, əsasən, əhaliyə verilən kreditlərin həcminin artması hesabına 5-10% artacağını gözləyirik. Lakin cari ildə korporativ kreditləşmənin dinamikası zəif olaraq qalacaq”.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın bank sektorunda konsolidasiya davam edəcək, çünki iqtisadi azalmaya və milli valyutanın devalvasiyasına məruz qalan, eləcə də, hələ də kapital çatışmazlığı ilə üzləşən banklar maliyyə cəhətdən daha güclü banklara qoşulmağa can atacaq.

Bildirilir ki, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti və mənfəətliliyi yüksək riskli aktivlər səbəbindən və borclarla bağlı mümkün itkilər üçün əlavə ehtiyatların yaradılması zərurətindən zəif olaraq qalacaq.

Agentliyin proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda bankların kreditlər üzrə ehtiyatları tədricən azalacaq. Eyni zamanda, problemli kreditlərin payının yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər