15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan bankları daha çox qazanmağa başlayıb

Bankların zərərləri 12,73 milyon manatadək azalıb.

2013-cü ilin yanvar-noyabr aylarının yekunlarına görə, ölkə banklarının ümumi mənfəəti bankların ümumi zərərlərini 27,25 dəfə üstələyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verir.

AMB-nin hesabatının yekunlarına əsasən, 38 bankın mənfəəti 346,89 milyon manat, 5 bankın zərəri isə 12,73 milyon manat təşkil edib. Bu, bank sisteminə 334,16 milyon manat xalis mənfəət əldə etməyə imkan verib.

Ötən ilin analoji dövrü ilə müqayisədə, mənfəətli bankların sayı 3 vahid artıb, bank sektorunun ümumi mənfəəti isə 41,9% çoxalıb. Bununla yanaşı, zərərlə işləyən bankların sayı 8-dən 5-ə düşüb, ümumi itkilər isə 7,33 dəfə azalıb.

Son xəbərlər
Digər xəbərlər