16 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan bankları dollar satışını dayandırıb

Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırıb. Buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

Reportun bank dairələrindən əldə etdiyi məlumata görə, nağd dollar satışını dayandıranlar arasında “Bank of Baku”, “Zaminbank”, “Kredobank” və s. bankların filialları var. Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər