23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan bankları ipoteka üzrə ilkin ödənişləri artırıblar (CƏDVƏL)

Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri 2,5 – 3 dəfə artırıblar.

Azərbaycan İpoteka Fondunun (AİF) minimum tələbinə əsasən, adi kreditlər üçün ilkin ödəniş 20 faiz, sosial ipoteka üçün isə 15 faiz həcmində müəyyənləşdirilib.

Trend-in AİF-in elektron portalına istinadən verdiyi məlumata əsasən, Fondun ipoteka xətti üzrə ipoteka kreditləri verən 29 bankdan 12-si adi və güzəştli ipoteka, 5 bank isə yalnız adi ipoteka kreditləri üzrə ilkin ödənişi artırıb.

Bank Yaşayış minimumu (hər bir ailə üzvü üçün məbləğ 131 manatdan aşağı olmamalıdır) Adi ipoteka üzrə ilkin ödəniş (faizlə) Güzəştli ipoteka üzrə ilkin ödəniş (faizlə)
Muğanbank 140 40 15
Bank Respublika 180 50 50
Azərbaycan Beynəlxalq Bankı 175 40 15
Kapital Bank 131 20 15
Zaminbank 131 20 15
AtaBank 140 40 40
NBC Bank 131 30 30
Gəncəbank 131 20 15
Nikoyl Bank 131 30 15
PAŞA Bank 180 40 20
Unibank 131 30 30
TuranBank 131 30 30
Bank Technique 131 20 15
KredoBank 131 20 15
Qafqaz İnkişaf Bankı 131 20 15
Expressbank 150 40 40
AFB Bank 131 20 15
Azər-Türk Bank 150 30 25
Caspian Development Bank 131 20 15
Bank Silk Way 140 20 15
Bank BTB 131 20 15
Bank of Baku 180 30 15
Bank Avrasiya 131 20 15
AG Bank 131 30 30
Bank Standard 175 40 30
Xalq Bank 131 30 30
Yapi Kredi Bank 131 30 30
Dəmirbank 131 20 15
AmrahBank 140 30 15

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, bankların ilkin ödənişi artırması Azərbaycanda ipotekaya tələbatın azalmasına səbəb olacaq.

Onun sözlərinə görə, əhali mənzil alarkən kreditlərə daha az müraciət etmək məcburiyyətində qalacaq: “Xüsusilə, bu, hərbçilərə aiddir, çünki məhz bu kateqoriyadan olan insanlar ilkin ödənişin verilməsi ilə bağlı müəyyən çətinliklər yaşayırlar”.

N.İbrahimov bankların bu addımını problemli kreditlərin artması və bankların risklərini azaltmaq istəyi ilə əlaqələndirir: “Azərbaycan əhalisi hazırda kreditlərin qaytarılması ilə bağlı müəyyən çətinliklər yaşayır. Problemli kreditlərin artması ilə əlaqədar bankların riski artır. Bu addım, həmçinin borcalanların ipoteka kreditləri üzrə qalan borcunu qaytarması prosesini yüngülləşdirəcək (kreditin məbləğinin az olması səbəbindən – red.)”.

Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə ilkin ödənişin artması banklara vaxtı ötmüş kreditlər portfelini azaltmağa kömək edəcək, lakin banklar müştərilərini itirsələr və bununla yanaşı, risklər qalsa, onlar ipotekanın verilməsi şərtlərini yenidən yüngülləşdirə bilərlər.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər