26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub

“Son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub”.

Bunu Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

“Bank sektoru və maliyyə bazarları informasiya texnlogialarının tətbiqində də ön sıralarda dayanır”, – o qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda da kriptovalyuta ilə əməliyyatlar mövcuddur, amma rəqəmsal pullara münasibət birmənalı deyil: “Bu, istifadəçilər üçün rahatdır, dövlətlər üçün isə narahatlıq doğurur. Kriptovalyuta bazarı böyüyür, payını artırır, lakin gələcəyi bilmək olmaz”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər