15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan banklarının HR rəhbərləri nəyi müzakirə etdi?

29 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib.

İclasda “HR Konfransı”n mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub.

Müzakirələr nəticəsində konfransın 1 gün, yəni 4 may 2018-ci il tarixində keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın adının seçilməsi, mövzuların son olaraq dəqiqləşdirilməsi, spikerlərin müəyyən edilməsi üçün ABA-ya təkliflərin ünvanlanması qərara alınıb.

Xatırladaq ki, Konfransda digital HR, SMART hədəflərin müəyyən olunması, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

Son xəbərlər
Digər xəbərlər