8 C
Baku
Friday, March 29, 2024

Azərbaycan banklarının kredit portfeli kiçilməkdədir – MBNP

Azərbaycan kommersiya banklarının kredit portfeli kiçilməkdədir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Platasının 31 oktyabra olan icmal göstəricilərində deyilir.

Məlumata görə, sentyabr ayı (11,96) ilə müqayisədə oktyabrda 259.4 milyon manat azalaraq 11,71 milyard manatda qərarlaşıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəli ilə müqayisədə oktyabrda 28%-ə qədər kiçilmə deməkdir. Bu ilin əvvəlində 16,21 milyard manat idi.

Bank sektorunun cəmi aktivləri də 10 ayın sonunda 19% kiçilərək 26,31 milyon manat təşkil edib.

İlin əvvəli ilə müqayisədə depozit portfeli 10% kiçilsə də, sentyabrla müqayisədə 2% artaraq 15,64 milyard manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər