18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Beynəlxalq Bankı AİF-in müvəkkil bankı oldu

“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Beynəlxalq Bankını ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil banklar siyahısına daxil edib.

İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir. Daha ətraflı: https://www.ibar.az/fiziki-sexslere/ipoteka-kreditleri-aif/

İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər