15 C
Baku
Friday, April 26, 2024

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin mülkiyyətçilərinin reyestrini aparan şəxslərin lisenziyaları ləğv edilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları ləğv edilib.

Məlumata görə, lisenziyaların ləğvi 2015-ci il iyulun 15-də “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməsi ilə əlaqədardır.

Məlumata əsasən, lisenziyası ləğv edilən şəxslər apardıqları reyestrləri 2015-ci il sentyabrın 15-dək mərkəzi depozitara təhvil verməlidirlər.

Bundan başqa, sözügedən qanunun qüvvəyə mindiyi tarixdən etibarən səhmdarlara verilən adi, adlı səhmlərin sertifikatı etibarsız hesab edilir, səhmlər sənədsiz formaya dəyişdirilir və səhmdarların reyestri mərkəzi depozitar tərəfindən aparılır.

“Sənədsiz qiymətli kağızların mülkiyyətçiləri depozitar sistemində depo hesabına malik olmalıdır və həmin depo hesabından çıxarış səhmlərə mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının adına mərkəzi depozitarda depo hesabının açılması üçün səhmdarlar ən qısa müddətdə şəxsiyyət vəsiqələri ilə bankın Nizami küçəsi, 67 nömrəli  ünvanda yerləşən əsas binasına iş günləri saat 10.00-dan 17.00-dək müraciət etməlidirlər”, – deyə məlumatda vurğulanıb.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər