12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan Blockchain Mərkəzi yaradılıb

Azərbaycanda kriptovalyuta bazarı və blockchain texnologiyasının tədqiqi və inkişafı məsələləri ilə məşğul olan mərkəz – Azərbaycan Blockchain Mərkəzi yaradılıb yaradılıb.
Bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib. Osman Gündüzün sözlərinə görə, bir müddət öncə mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib:

“Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blockchain-in nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb. Bu sayt yaxın bir həftə ərzində istifadəyə veriləcək.
Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blockchain üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər