15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan bu sahibkarları AİZ-yə investisiya qoymağa çağırdı

Azərbaycan pakistanlı sahibkarları Ələt qəsəbəsindəki Azad İqtisadi Zonaya(AİZ) investisiya qoymağa dəvət edib.

Agentlik bu barədə Kəraçi şəhərinin Ticarət-Sənaye Palatasına (TSP) istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, bu məsələ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və Kəraçi TSP-nin rəhbərliyi arasında müzakirə olunub.

Ə.Əlizadənin sözlərinə görə, pakistanlı iş adamları Azad İqtisadi Zona ərazisində müxtəlif müəssisələr, xüsusilə də əczaçılıq sahəsində müəssisələr aça bilərlər.

Səfir onu da qeyd edib ki, əczaçılıq məhsulları təkcə Azərbaycan bazarında yox, həm də ölkədən kənarda da satıla bilər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər