22 C
Baku
Saturday, September 28, 2024

“Azərbaycan Dəmir Yolları” tranzit yük daşımalarını 9% artırıb

Bu ilin əvvəlindən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3.5 milyon ton tranzit yük daşıyıb.

Bunu səhmdar cəmiyyaətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.3 milyon ton və yaxud 9.3% çoxdur.

“Biz ötən il 7 milyon tona yaxın tranzit yük daşımışıq, bu il üçün proqnoz 8 milyon tondur”, – deyə sədr qeyd edib.

Xatırladaq ki, ADY-nin ötən il daşıdığı 18.3 milyon ton yükün 3.3 milyon tonu daxili, 8.1 milyon tonu isə beynəlxalq daşımalara aid olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər