15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan Gürcüstan və Ukrayna ilə birgə müəssisə təsis edəcək

Ukrayna Azərbaycanın nəqliyyat layihələrinə maraq göstərir.

Bunu açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi missiyasının rəhbəri Sergey Şitelyuk deyib.

Onun sözlərinə görə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri “Şərq-Qərb” layihəsi çərçivəsində “Yeni İpək Yolu” və “Trans Xəzər Beynəlxalq Nəqliyyat Narşrutu” (TBNM) layihələrinin həyata keçirilməsi və Azərbaycanın təklif etdiyi “Cənub-Qərb” layihəsində Ukraynanın iştirak etməsidir: “Ukrayna geosiyasi konyukturadakı ən son tendensiyaları və beynəlxalq nəqliyyat kommunikasiyalarının inkişafını nəzərə almaqla yalnız Qara dəniz hövzəsi ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq nəqliyyat siyasətini Türkiyə, Gürcüstan və Azərbaycanla inteqral əlaqə yaratmaqla qurur”.

Missiya rəhbəri qeyd edib ki, TBNM və “Cənub-Qərb” nəqliyyat marşrutu layihələrinin həyata keçirilməsi çərçivəsində bu ilin I yarısında Ukrayna və Gürcüstan, eləcə də Gürcüstan və Azərbaycan arasında bərə və dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı ikitərəfli sazişlərin bağlanması gözlənilir: “Hazırda tərəflər Ukrayna, Gürcüstan və Azərbaycan arasındakı bərə-dəmir yolu əlaqəsinin yaradılması, ona xidmət göstərilməsi üzrə birgə müəssisənin yaradılmasına dair sazişin əsas elementlərini hazırlayırlar”.


©REPORT

MənbəReport
Son xəbərlər
Digər xəbərlər