15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan hərbi gücünə görə dünyada neçəncidir?

Hərbi gücünə görə dünya dövlərlərinin reytinqini hazırlayan Globalfirepower portalı 2017-ci il üçün siyahını hazırlayıb.

Yeni reytinqə görə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarıdır.

Onun ardınca Rusiya, Çin və Hindistan gəlir.

Azərbaycan da bu siyahıda yer alıb. Portalın bildirdiyinə görə Azərbaycan hərbi qüdrətinə görə 58-cidir.

Onun qonşuları Türkiyə 8-ci, İran 21-ci, Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə gəlir.

Saytın bildirdiyinə görə, dövlətlərin hərbi gücünü müəyyən edərkən 50 müxtəlif faktor nəzərə alınır.

Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və s. amillər də diqqətdən keçirilir.

Son xəbərlər
Digər xəbərlər