13 C
Baku
Friday, April 19, 2024

Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında iqtisadiyyatın inkluzivliyinə görə 3-cüdür

İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində dünya ölkələrinin iqtisadi inkluzivliyə görə reytinqi açıqlanıb.

Reytinq inkişaf etmiş və etməkdə olan ölkələr üçün ayrıca tərtib olunub.

İnkişaf etmiş ölkələr arasında Norveç 6,08 bal toplayaraq 1-ci yeri tutub. Növbəti yerlərdə 6,07 balla İslandiya və Lüksemburq, 4-cü yerdə 6,05 balla İsveçrə, 5-ci yerdə 5,81 balla Danimarka, 6-cı yerdə 5,76 balla İsveç, 7-ci yerdə 5,61 balla Niderland, 8-ci yerdə 5,44 balla İrlandiya, 9-cu yerdə 5,36 balla Avstraliya, 10-cu yerdə isə 5,35 balla Avstiya qərarlaşıb.

İnkişaf etməkdə olan ölkələr arasında isə Litva 4,86 bal toplayaraq 1-ci yerə sahib olub. 2-ci yerdə 4,74 balla Macarıstan, 3-cü yerdə 4,69 balla Azərbaycan, 4-cü yerdə 4,67 balla Latviya, 5-ci yerdə 4,61 balla Polşa, 6-cı yerdə 4,54 balla Panama, 7-ci yerdə 4,48 balla Xorvatiya, 8-ci yerdə 4,46 balla Uruqvay, 9-cu yerdə 4,44 balla Çili, 10-cu yerdə isə 4,43 balla Rumıniya qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər