23 C
Baku
Friday, April 19, 2024

“Azərbaycan İpoteka Fondu” haqqında qanun dəyişdirilir – FƏRMAN

“Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli Fərmanında  aşağıdakı dəyişikliklər edilib: 3.2-ci bənddən “və təftiş komissiyası” sözləri çıxarılsın; 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Cəmiyyətin güzəştli ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına yönəldilir;”.

Nazirlər Kabineti Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər