15 C
Baku
Friday, April 26, 2024

Azərbaycan iqtisadiyyatına 460 mln. manat xarici sərmayə yatırılıb

Bu ilin yanvar ayında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 459,8 mln. manat vəsait yönəldilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 408,7 mln. manatı və ya 88,9%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Norveç sərmayədarlarına məxsus olub. Rəsmi statistikaya əsasən, xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlər ölkə iqtisadiyyatına yatırılan cəmi investisiyanın 47,9%-ni əhatə edib.

Hesabat ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1%-ni təşkil edib. Ümumi sərmayənin 19,5%-i dövlət, 80,5%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,4%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər