23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları bu il 8% azalıb

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il aprel ayının 1-nə 22 589,7 mln. manat təşkil edib.  Agentliyin Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 1 991,2 mln. manat və ya 8,1%, martın 1-nə nisbətən isə 728,1 mln. manat və ya 3,12% azalıb.

İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 73,5 mln. manat və ya 0,3% artıb. Manatın 2015-ci ilin dekabrında baş verən devalvasiyası nəticəsində dollar kreditləri məcmu kredit qoyuluşlarını yanvar ayında artırıb. Lakin fevral və mart aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi isə bank sektorunun kreditləşməni dayandırması amili göstərilir.

Analitika qrupu  Report 2016-cı ilin aprel statistikasında iqtisadiyyata kredit qoyuluşlarının daha sərt azalacağını ehtimal edir: “Bunun səbəbi aprel ayında manatın məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsi və bankların kreditləşməni bərpa etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin artması dollar kreditlərinin manat ekvivalentində dəyərini aşağı salıb”.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər