16 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan Mərkəzi Bankı əmanətlərdə dedollarlarizasiyanın artığını deyir

Azərbaycan Mərkəzi Bankı (AMB) elə məzənnə rejimi təklif edir ki, son nəticədə məzənnə bazardakı tələb və təklifdən asılı olaraq formalaşır.

Bunu qurumun Pul siyasəti Departamentinin direktoru Azər Ələskərov deyib.

“2017-ci ilin yanvar ayına qədər banklar xarttici valyutanın 4%-Ilk marjanı nəzərə almaqla alıb-sata bilərdilər. Amma indi banklar rəsmi məzənnəyə yaxın məzənnə ilə alıb-satırlar”, – deyə o, qeyd edib.

Bundan başqa, A.Ələsgərovun sözlərinə görə, Azərbaycanda əmanətlərin dollarlaşması da azalmaqdadır: “Əvvəllər bu nisbət 80% civarında idisə, təkcə ötən il 10 faiz bəndi azalıb. Düşünürük ki, uzunmüddətli dövrdə dollarlaşmanın azalması üçün inflyasiyanın səviyyəsi aşağı düşməlidi və makqoiqtisadi sabitlik olmalıdır”.

Son xəbərlər
Digər xəbərlər