22 C
Baku
Friday, April 26, 2024

Azərbaycan Mərkəzi Bankı pul nişanlarının emalı ilə bağlı tender elan edir

Azərbaycan Mərkəzi Bankının (AMB) xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materialların satın alınması:

– Termoyapışqanlı kağız lent (ağ);

– Termoyapışan selofan lent;

– Qablaşdırıcı maşın üçün CRYOVAC tipli termoyığışan selofan lent və sairə.

1. Tender proseduru 13 aprel 2018-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– Tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

– İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;

– Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– Tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– İddiaçının müvafiq sahədə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;

– İki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 30 may 2018-ci il tarixinədək qüvvədə olmalıdır);

– Tender təklifinin qiymətinin 1 % (bir faizi) məbləğində bank təminatı (Tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

– Tenderin əsas şərtlər toplusunda İddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 12 aprel 2018-ci il saat 18.00-ə qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 2 aprel 2018-ci il saat 18.00-ə qədərbağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

hesab № AZ25NABZ01701190000000001944, kod 501004,

m/h AZ74NABZ01451700000000001944, VÖEN 9900071001.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

Central Bank of the Republic of Azerbaijan

USD correspondent bank: BKTRUS33,

Deutsche Bank Trust Company Americas, New York

Beneficiary bank: NABZAZ2X,

Central Bank of the Republic of Azerbaijan, Acc. number: 04419124

Beneficiary: Internal account for tender incomings

Acc. number: AZ25NABZ01701190000000001944.

6. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 (altmış) təqvim günü ərzində.

7. Qiymətləndirmə meyarları: qiymət amili, texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Nəsib Pənahlı, telefon: 493 11 22 (daxili:384), 567 42 55 (daxili:107), faks: 493 73 74, elektron poçt ünvanı: [email protected].

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər