25 C
Baku
Friday, April 19, 2024

Azərbaycan manatının 9 yaşı tamam oldu

Yeni manat 2005-ci ildən dövriyyədədir.

2005-ci il 7 fevral tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycanda pul vahidinin denominasiyası haqqında sərəncam imzalayıb.

2006-cı ilin yanvar ayının 1-dən bu sərəncama müvafiq olaraq 1 yeni manatın köhnə 5 min manata bərabər olduğunu nəzərə alaraq denominasiya həyata keçirilib.

Dövriyyəyə 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazlar buraxılıb.

İl boyu yeni milli valyutaya tam olaraq keçid təmin edilib.

Manatın denominasiyası, onu dünyanın aparıcı valyutaları ilə bərabərləşdirib, milli valyutanın dizayn və təhlükəsizliyini beynəlxalq standartlara uyğunlaşdırıb, kurs və dəyər siyasətini optimallaşdırıb, eləcə də ölkədaxili qeydiyyat əməliyyatlarını sadələşdirib.

Azərbaycanda pul vahidlərinin yeni nəslinin təhlükəsizliyi dörd mərhələlidir.

Bununla yanaşı, onun dizaynı vahid konsepsiya üzərində qurulub.

Yeni pul vahidlərinin dizayn mövzusu ölkənin inkişafı və müstəqilliyi, Azərbaycanın Avropaya inteqrasiyasıdır.

az_manatiyeni__

Son xəbərlər
Digər xəbərlər