15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan MSŞT-dan çıxsa da, təşkilatın prinsiplərinə sadiq qalıb – ARDNF

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən 2016-cı il üzrə HSŞ Hesabatının yekun versiyasının təqdimatı keçirilib.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) üzvlüyü haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan MSŞT-nin fəal üzvlərindən olub.

“Azərbaycan 2003-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub. Bu müddət ərzində biz hasilatla bağlı bütün məlumatları ictimaiyyətə açıqlamışıq. Bu müddət ərzində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 20-dən çox hesabat dərc etmişik. Buna baxmayaraq, Azərbaycana qarşı ikili standartlar tətbiq edilib. 2013-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü tərəfindən Azərbaycana qarşı ikili standartların və qərəzli mövqenin sərgiləndiyini gördük. Bu ilin aprelin 5-də prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxdıqda sonra daha əhatəli hesabat hazırladıq. Biz bu prosesə müstəqil auditor da cəlb etmişik. Bu hesabat bir sıra yeni məlumatlarla zənginləşdirilib. SOCAR-ın sosial xərcləri, Hasilatın Pay Bölgüsü sazişləri ilə bağlı ətraflı məlumatlar yer alıb. Bir sözlə, Azərbaycan təşkilat olaraq MSŞT-dən çıxdığını bəyan edib, amma bu təşkilatın prinsiplərinə, yəni şəffaflıq prinsiplərinə sadiq qalıb”, – deyə o vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər