15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan nefti 76 dolları ötdü, bahalaşma davam edir

Dünya bazarlarında neftin qiyməti bahalaşır.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 51 sent, yəni, 0.69% bahalaşaraq 74.51$-a təklif olunub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 39 sent, yəni, 0.57% artaraq 68.44$-da qərarlaşıb.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,25 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1 dollar/barel çoxdur.

Son xəbərlər
Digər xəbərlər