Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub.
Bu barədə “Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə bütün ölkələri üstələyib.
Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyədir (286 mln. dollar).
Ümumilikdə, ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.