8 C
Baku
Friday, March 29, 2024

Azərbaycan qızıl satışından 140 milyon dollar qazanıb

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhaəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. 2017-ci ildə ölkədə bu sahədə də yeni inkişaf templəri müşahidə edilib.

Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, 2017-ci ildə ümumilkdə əvvəlki ilə nisbətən 85 faiz artıq – 3 959 kq qızıl, 56 faiz artıq – 8 457 kq gümüş istehsal olunub.

Həmin məhsullar içərisində qızılın ixracı lider mövqedə dayanıb. Qızılın satışından ölkəyə 140 milyon dollar həcmində vəsait daxil olub.

Son xəbərlər
Digər xəbərlər