15 C
Baku
Saturday, April 20, 2024

“Azərbaycan Sənayə Sığorta”nın mənfəəti 12 dəfə azaldı

“Azərbaycan Sənayə Sığorta” (ASS) ASC-nin cəmin gəlirləri ötən illə təqribi bərabər olsa da xərclərlə bağlı durum bir qədər fərqli olub.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 1 yanvar 2018-ci il tarixinə olan maliyyə hesabatında deyilir.

Hesabta görə, 2017-ci ilin 4 rübü ərzində cəmi gəlirləri 10,18 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə cüzi azalma deməkdir. Lakin, Sığorta Şirkətinin xərcləri isə əksinə, 1,81 mln. manat artaraq 10,04 mln manat təşkil edib. Nəticədə, şirkətin xalis mənfəəti hesabat dövründən əvvəlki illə müqayisədə daha 12 dəfə kiçilərək təqribən 142 min manat həcmində olub. Qeyd edək ki, bu rəqəm 2016-cı ilin sonunda 1,73 mln. manat təşkil edirdi.

ASS-in cəmi aktivləri də azalaraq 22,29 mln. manat təşkil edib. Hazırda, cəmi kapitalı 16,69 mln. manat, cəmi öhdəlikləri isə 5,59 mln. manat təşkil edir.

Sığorta Şirkətinin nizamnamə kapitalı dəyişməz qalaraq 11 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər