16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Universiteti 14 vakant yer üzrə müsabiqə elan edib

Azərbaycan Universiteti aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Dekan vəzifəsini tutmaq üçün

• Biznes və iqtisadiyyat fakültəsinin dekanı

• Humanitar fənlər fakültəsinin dekanı

• İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı

Kafedra müdiri vəzifəsini tutmaq üçün

• Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri

• Maliyyə və iqtisadiyyat kafedrasının müdiri

• İctimai elmlər kafedrasının müdiri

• Riyaziyyat və informatika kafedrasının müdiri

• Sosial işin təşkili kafedrasının müdiri

• Xarici dillər kafedrasının müdiri

Müsabiqədə iştirak etmək istəyən namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Kadrlar uçotunun şəxsi vərəqəsi

• Tərcümeyi – hal

• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri

• Elmi və elmi metodiki işlərin siyahısı

• Kafedra müdiri və fakültə dekanının müvafiq ­struktur bölmənin inkişafı ilə bağlı platforması

Müsabiqə elan edilən vəzifələrə həm universitetin professor-müəllim heyəti, həm də digər şəxslər sənəd təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxarıda qeyd olunmuş sənədlər elan verildiyi gündən başlayaraq 1 (bir) ay müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na müvafiq müsabiqənin keçirilməsi üçün Azərbaycan Universitetinə təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər