13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan və İslam İnkişaf Bankı saziş imzaladılar

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan Hökuməti ilə İİB arasında Azərbaycanda İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant sazişi imzalanıb. Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər