12 C
Baku
Friday, March 29, 2024

Azərbaycana gələn turistlərə endirim kartları verilə bilər

Gələn il keçirilməsi nəzərdə tutulan III Bakı Şopinq Festivalı çərçivəsində turistlərə xüsusi endirim kartları təqdim oluna bilər.

Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycana gələn turistlər bu kartların köməyi ilə ticarət mərkəzlərində xüsusi endirimlər əldə edəcəklər: “Hazırda bu ideya üzərində işləyirik. Məsələni diqqətlə öyrənmək və həmin kartlar üzrə mümkün dövriyyəni təhlil etmək lazımdır”.

Ə.Qarayevin sözlərinə görə, 3-cü festivalda daha bir yenilik isə festivalın sponsoru qismində ilk dəfə Azərbaycan bankının çıxış etməsi olacaq: “Biz artıq “Azər Türk Bak”la həmin məsələ üzrə razılıq əldə etmişik”.

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər