13 C
Baku
Friday, April 26, 2024

Azərbaycand banklarından borcu ödəyə bilməyən müştərilərə mühüm təklif

Azərbaycan bankları öz kredit borclarını ödəməyə gücü çatmayan müştərilərin vergilərdən azad edilməsini təklif edirlər. Bunu Trend-ə bank dairələrindən mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu məsələni bugünkü görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasiyasının nümayəndələri və yerli bankların rəhbərləri müzakirə ediblər.

Mənbə bildirib ki, söhbət vergi ödənişindən müvəqqəti və ya tamamilə azad edilmədən gedir. Lakin mənbə öz kredit borclarını ödəməyə gücü çatmayan müştərilərin məhz hansı vergilərdən azad edilməsinin təklif olunduğunu dəqiqləşdirməyib.

Görüşdə səsləndirilən digər təkliflər arasında problemli aktivlərin idarə olunması mexanizminin yaradılması və “Bakı yanaşmasının” hazırlanmasıda olub. Bu yanaşma “London yanaşması” və ya “İstanbul yanaşması” analogiyası üzrə yaradıla bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər