15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda əhalinin gəlirləri 10%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri illik müqayisədə 9,8% artaraq 12 533,3 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 1 280,5 manat gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 582,2 mln. manatlıq və yaxud ötən ilin eyni dövründəkindən 10,2% çox vəsait qalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər