15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb

Cari ilin 1 aprel tarixində ölkədə əmək pensiyası alan şəxslərin sayı 1 mln. 292 min 40 nəfər təşkil edir.

Banker.az Dövlət Sosial Müdafiə Fonduna istinadən məlumat verir ki, onlardan yaşa görə əmək pensiyası alanların sayı 783 381 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 60,6%, əlilliyə görə əmək pensiyası alanların sayı 367 489 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 28,5%, ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 141 170 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 10,9% təşkil edir.

Sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2015-ci ilin 1 aprel tarixinə 174,4 manat olub.

Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 193,9 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 149,6 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 131,2 manat təşkil edir.

2015-ci ilin 1 aprel tarixinə əmək pensiyası alanların tərkibində qadınların sayı 771 730 nəfər, kişilərin sayı 520 310 nəfərdən ibarətdir. Həmçinin əmək pensiyası alanların tərkibində işləyənlərin sayı 2015-ci ilin 1 aprel tarixinə 134 354 nəfərdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər