16 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda ən çox sığortalanan avtomobillər bəlli oldu

2014-cü ildə avtomobil sahiblərinin icbari sığorta (OSAQO) üzrə həyata keçirdikləri müqavilələrdə iştirak edən populyar avtomobil modeli VAZ oldu. Bu haqda məlumat İcbari sığorta bürosuna (ISB) əsasən verilmişdir.

Ümumilikdə keçən ildə 245,619 min VAZ markalı avtomobil sahibləri icbari sığorta polisindən istifadə etmişdir ki, bu da sözügedən sığorta növü üzrə həyata keçirilən müqavilələrin 26,37%-ni təşkil edir.

İkinci yerdə Mercedes-Benz (161,360 min polis), üçüncü yerdə Hyundai (47,260 min), dördüncü yerdə Toyota (36,154 min), beçinci yerdə Opel (35,483 min) markaları qərarlaşmışdır. Onların ardınca isə Ford (29,697 min), Nissan (29,697 min), KIA (21,938 min), Mitsubishi (20,260 min), Volkswagen (18,536 min) avtomobilləri gəlməkdədir.

Bundan əlavə, 2014-cü il ərzində 60,088 min minik avtomobili, 9,974 yük avtomobili, 5,991 qoşqulu avtomobillər, 1,478 min avtobus, 615 iri tonlu avtomobil və 39 motosiklet sığortalanmışdır.

Son xəbərlər
Digər xəbərlər