13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda ən yüksək maaşlar 6 dəfə enib

“Hazırda Azərbaycanda ən yüksək qeyri-rəsmi əmək haqqı təqribən 10 min manat təşkil edir. Bu maaşı isə tibb və IT-sahəsinin yüksək vəzifəli şəxsləri əldə edir”.

Banker.az xəbər verir ki, bunu Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev qeyd edib.

Onun sözlərinə görə, ən yüksək rəsmi əmək haqqı isə 2250 manatdır ki, bu maaşı da Azərbaycan Milli Məslisinin deputatları əldə edir.

“Ən aşağı səviyyəli qeyri-rəsmi əmək haqqı hazırda 150, rəsmi əmək haqqı isə 116 manata bərabərdir” – deyə Ağayev qeyd edib.

O vurğulayıb ki, bu gün Azərbaycanda əhalinin 20%-i “qara” maaş alır. Bununla yanaşı, 9% maaşı əldən alır. Və yalnız 70% “ağ” əmək haqqı əldə edir.

Qeyd etmək lazımdır ki, keçən ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqısı illik hesablama üzrə 6,9% artıb və 493,8 manat təşkil edib.

“Bir neçə il əvvəl ölkədə vəziyyət tamamilə başqa cür idi. Ölkədə ən yüksək maaşlar bank, energetika və sığorta sahəsində verilirdi” – bunu isə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib.

“Ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlər adətən əmək haqqı həcmini sirr olaraq saxlayır. Lakin bəzi məlumatlara görə, orada bəzi işçilər ayda 20 mindən 60 min manata qədər əmək haqqı alır. SOCAR da isə əmək haqqı 2000 manata çatır. Lakin bununla belə, orada həmçinin bonus sistemi də qüvvədədir” – deyə o bildirib.

Onun sözlərinə görə, ümumilikdə, bankda rəhbər vəzifə tutan əməkdaşların əmək haqqları o zaman ayda 10 min manata çatırdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər