15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda 1 milyondan çox zamin var

Mərkəzləşdirilmiş Kredit Reyestri ötən ilin son göstəricilərini açıqladı.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il yanvarın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 mln. 316 min 540 nəfər kredit götürən şəxs (borc alan) (+18,61% və ya il ərzində 363 544 nəfər) var.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, onların böyük hissəsi (2 mln. 285 min 226 nəfər) fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır, 10 min 775 nəfəri hüquqi şəxsdir, 20 min 509-u sahibkarlıq subyektidir. Artım tempinə görə istehlak kreditləri “rəqiblər”i qabaqlayır – maliyyə tsiklinin sonu üçün kredit götürənlərin siyahısına 359 min 29 fiziki şəxs əlavə edilib.

Hesabat dövründə kredit götürən hüquqi şəxslərin sayı 673, sahibkarlıq subyektinin sayı 3 812 nəfər təşkil edib. Zamin şəxslərin sayı isə 1 milyon 078 min 807 nəfər təşkil edir.

Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər