25 C
Baku
Saturday, June 22, 2024

Azərbaycanda 1 nəfər orta hesabla ayda 421 manat xərcləyib

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında
pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 1,2 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda
421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
184,2 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər