14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda 113 Çin şirkəti fəaliyyət göstərir

“Azərbaycan Çin şirkətləri üçün təkcə tranzit ölkə deyil, həmçinin logistika, istehsalat və ticarət mərkəzi olmaq istəyir”.

Bunu “Global Times” qəzetinə verdiyi müsahibədə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 113 Çin şirkəti fəaliyyət göstərir və onların arasında “Huawei”, ZTE və “China Southern Airlines” kimi iri şirkətlər mövcuddur.

Ticarət nümayəndəsi onu da əlavə edib ki, 2017-ci ildə Çinlə Azərbaycan arasına ticarət dövriyyəsi 1,29 mlrd. ABŞ dolları təşkil edib, bu da iki ölkə arasındakı ticarət əlaqələrinin ən böyük tarixi göstəricidir: “Hazırda Azərbaycan Çindən daha çox idxal edir, amma görürük ki, artım üçün imkanlar var və Çinə ixracımızı artırmaq niyyətindəyik”.

Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” təşəbbüsü barədə danışan T.Nadiroğlu bildirib ki, müasir İpək Yolunu canlandıran bu layihəyə dəstək verən ölkələrdən biri elə Azərbaycan olub: “Düşünürük ki, bu layihə bir çox ölkələrə nəbzini Qərbdən Şərqə yönəltməyə imkan yaradacaq”.

T.Nadiroğlu həmçinin investorların Azərbaycana cəlb edirlməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımlardan danışıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər