22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda 20 iri dövlət müəssisədən 18-i Mühasibat Uçotu Beynəlxalq Standartlarını tətbiq edir

Azərbaycanda 20 iri dövlət müəssisədən 18-i Mühasibat Uçotu Beynəlxalq Standartlarının tətbiqinə keçib. Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“İndiyədək 20 iri dövlət müəssisədən 18-i Mühasibat Uçotu Beynəlxalq Standartlarına kemçid prosesini başa çatdırıb”, – S.Həsənova çərşənbə axşamı “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, həmçinin dövlət müəssisələri kredit borcu məsələlərini həll etməlidirlər.

S.Həsənova vurğulayıb ki, prezidentin sərəncamına əsasən baş nazirin birinci müavinin rəhbərliyi ilə komissiya yaradılıb. Komissiyanın tərkibinə Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin nümayəndələri daxil olub. Onlar iri dövlət müəssisələrinin fəaliyyətini müzakirə edir və onların üzərində nəzarət həyata keçirirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər