22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda 3-4 sığorta şirkəti bazarı tərk edə bilər, Sədr deyir

“Biz istəyirik ki, sığorta şirkətləri maliyyə sabitliklərini tələb olunan normalara çatdıraraq bazarı tərk etməsinlər”.

Bunu müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, hazırda Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir. Bu da say olaraq normaldır və sayın aşağı düşməsi arzuolunan deyil. Bununlə belə, bəzi şirkətlərin kapitalla bağlı problemləri var və onlara bu problemin həlli üçün Palata tərəfindən vaxt verilib. Artıq onu zaman göstərəcək ki, onlara verilən müddətdə kapital problemini həll edə biləcəklər və yaxud birləşməyə gedəcəklər.

Təbii ki, kapital problemi həll edilmədiyi təqdirdə sığorta şirkətinin fəaliyyətinin dayandırılmasına baxıla bilər.  M.Abbasbəyli deyib ki, hazırda 3-4 sığorta şirkətində kapital çatışmazlığı müşahidə edilir. Bu məsuliyyət də tam olaraq şirkətlərin üzərindədir: “Ortada qanun var, tələblər var, müəyyən şərtlər var. Bu qanuna riayət etməyəndə nəzarət orqanı nə etməlidir? Amma ən arzuolunan hal o olardı ki, bu şirkətlər maliyyə sabitliklərini düzəltsinlər”.


Qeyd edək ki, müsahibə Fins.az portalı tərəfindən götürülüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər