14 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda 5 şirkət mühasib axtarır – Təcrübəli və təcrübəsizlərin nəzərinə!

1. Mühasib – Kontakt Home

Tələblər:

• Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməsi mütləqdir
• Mühasibatlıq sahəsində ən az 2 il təcrübə
• Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər
• MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Vəzifə öhdəlikləri:

• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Əsas vəsaitlərin tanınması, inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
• Təhtəl hesab, balans, avans hesabatının aparılması
• Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)
• Hesab və elektron qaimə-fakturaların yazılması
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı
• Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
• Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması
• Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
• İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmək xahiş olunur.


2.  Mühasib (Təcrübəçi) – “Agro Dairy” MMC

Tələblər

– Maliyyə, Mühasibat uçotu, iqtisadiyyat və digər oxşar ixtisaslar üzrə ali və ya orta-ixtisas təhsili
– Məsuliyyətli olmaq
– Sənədlərlə iş üzrə bacarıq
– Orta səviyyədə İngilis dili biliyi

Əlavə məlumat

– İş yeri – Samux rayonu
– İşin ilk ayı təcrübə mərhələsidir və bu mərhələni uğurla başa vuran namizəd müvafiq işlə təmin olunacaq
– Təcrübə müddətində namizəd hər gün iş yerinə gedib-qayıtmaq üçün nəqliyyat vasitəsi və naharla təmin olunacaq

Göstərilən tələblərə cavab verən namizədlər 07.03.2018-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib (Təcrübəçi)” şəklində göstərməyiniz xahiş olunur.


3. Tikinti sahəsi üzrə Mühasib SR Construction

Namizədə tələblər

• Ali təhsil
• Azərbaycan, Rus dili biliyi
• 27-40 yaş həddi
• Tikinti mühasibatlığında 3 ildən az olmayaraq iş təcrübəsi
• Kompüter bilikləri (1 C 7.7/8.3 UPP)
• Şəxsi avtomobilin olması arzuolunandır
• İqtisadi mühəndislik bilikləri, dinamiklik,detallara yüksək diqqət,analitik  təhlil etmə bacarığı.

Vəzifələr:

• Tikinti materiallarının dəyərinin təhlili
• Tikinti mal-materiallarının mədaxil-məxarici
• Xərclərin smetaya uyğun  maddələr üzrə işlənməsi
• Müvafiq hesabatların hazırlanması  və s.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.


4.  Mühasib – Baku Holiday Travel


Tələblər:
  • Ali iqtisadi təhsil;
  • Kommersiya müəssisələrində (Turizm sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
  • Excel və 1C proqramlarında işləmək bacarığı
  • İdarəetmə  və vergi uçotu üzrə biliklər;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • MS Office proqramlarını mükəmməl  bilməli;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
İş barədə məlumat:
  • Bank və kassa əməliyyatlarının aparılması
  • Daxili hesabatlarin, Bank və kassa sənədlərinin proqram bazasına işlənməsi
  • Pul vəsaitlərinin uçotuna nəzarət olunması
  • Kreditorlar və debitorlar ilə üzləşmələrin aparılması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında və yüksək səviyyədə həll edilməsi
  • 5 günlük iş rejimi
  • İş saatı: 10:00-dan 18:00-dək
Bu vəzifə ilə əlaqədar müraciət edərkən, zəhmət olmasa, şəxsi məlumat xülasəsini  (CV)  [email protected] elektron ünvanına göndərin. Müraciət etdiyiniz vəzifənin adını (Mühasib/www.azerjobs.com) müraciət məktubunun mövzu bölməsində qeyd edin. Yalnız seçilmiş namizədlərlə (CV-ləri bütün tələblərə cavab verən) əlaqə saxlanılacaq.

5. Accountant – Yarat

Reporting to: Finance Director

Job description:

• Being responsible for all the finances of  Organization
• Account management of accounts (AZN,USD,EURO,GBP)
• Weekly report on income/outcome to line managers, monthly report to the head office
• End-of-year report
• Maintaining financial security
• Payment procedures and bank transactions under the control of line managers, necessary paperwork production
• Bookkeeping
• Financial information database, back up into 1С  and software (will be provided)
• Budget forecasting, budget analysis
• Deep knowledge of taxation and financial law,
• Contracts reviewing (with the help of the lawyer)
• Cash flow control
• Preparing all reports  Tax, pension Fund, statistics ( monthly, quarterly and yearly)

Requirements:

• Financial education
• Proficient in English, Azerbaijani and Russian
• Minimum of 6-7 year work experience in accounting
• 1C,Excel,Word accounting programmes
• Good communication skills, both verbal and writing
• Knowledge of Taxation, Financial Law
• Good understanding of financial modelling, valuation techniques and financial analysis
• Knowledge of financial reporting, planning and budgeting

Candidates are required to submit their CV and expected salary to [email protected]
Please indicate the name of the position you are applying for in the subject line of the application email, otherwise the candidacy will not be considered in the review process of the applications collected.
Only shortlisted candidates will be invited to the further stages of the recruitment process.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər