15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda 7 qanuna dəyişiklik edilir

Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında yeddi məsələnin müzakirəsi keçirilib.

Xəbərə görə, bu, “Fitosanitar nəzarəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqında”, “Yeyinti məhsulları haqqında” və “Toxumçuluq haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.

Bütün layihələrdə dəyişikliklər onların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqında” 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Qeyd edək ki, ümumiyyətlə, 28 qanun layihəsində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqında” qanuna uyğunlaşdırma ilə bağlı dəyişiklik ediləcək ki, bunlardan 7-si məhz Aqrar siyasət Komitəsinə aid məsələlərdir.

Layihələr müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyyə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər