22 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda 700 bal yığan tələbələr — Onları siz də tanıyın

Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

cahan
Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir.

jale

III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı bir qədər yüksək- 5 abituriyentdir.
Maraqlısı budur ki, II qrup birincilərindən fərqli olaraq bu dəfə tam bal toplayanların hamısı Bakı şəhərində təhsil alır.
Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir.
Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub.

zeyneb
Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli isə  Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.

elvin(1)
Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova da tam nəticə göstərənlər siyahısındadır.


Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər