15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda ali məktəblərə imtahansız qəbula da başlanıldı

Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, “Təhsil haqqında” qanuna əsasən, qaliblər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər.

Sənədlərə 2017-ci il martın 16-dan aprelin 10-dək ümumi qaydada təsdiq olunan “Abituriyentin elektron ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər